Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları zavodunun tikintisi gələn payıza qədər başa çatacaq, istehsalın nə vaxt başlayacağı hələ bəlli deyil.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar açıqlayıb.
“Biz tikintinin 80 %-ni başa çatdırmışıq və avadanlıqlar sifariş olunur. İstehsal tarixi müharibənin gedişatı ilə müəyyən ediləcək, lakin obyekt 2025-ci ilin avqustunda hazır olacaq”, – o qeyd edib.
Zavodun TB2 dron versiyasını və ya onun TB3 variantını istehsal edəcəyi gözlənilir. Onlar xüsusilə ölçüsü, yükgötürmə qabiliyyəti və maksimal sürətinə görə fərqlənir.
Xatırladaq ki, “Bayraktar” pilotsuz uçuş aparatları müharibənin əvvəlində populyar olsa da, 2023-cü ilin payızında Ukrayna Silahlı Qüvvələri onların o qədər də effektiv olmadığını bildirmişdi.