Baydenin xüsusi nümayəndəsi Çinə səfər edə bilər

Baydenin xüsusi nümayəndəsi Çinə səfər edə bilər ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri tezliklə Çinə səfər edə bilər.
Digər ölkələr
21 iyun 2023 04:55
Baydenin xüsusi nümayəndəsi Çinə səfər edə bilər

ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri tezliklə Çinə səfər edə bilər.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden bəyan edib.

“Düşünürəm ki, Con Kerri çox yaxında oraya gedəcək”,-deyə, o bildirib.

Qeyd edək ki, Amerika lideri hazırda Kaliforniyadadır və burada seçki kampaniyası üçün vəsait toplamaq üçün görüşlərdə iştirak edir.

İyunun 20-də onlardan birində o, xüsusilə Çin prezidenti Si Cinpinin Vaşinqtonla münasibətləri bərpa etməkdə maraqlı olduğu fikrini bildirib.

Son xəbərlər

Orphus sistemi