“Ukrayna yaxın bir neçə il ərzində Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qəbul edilməyəcək”.
“Report” xəbər verir ki, bu sözlər ABŞ prezidentinin xüsusi köməkçisi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji planlaşdırma üzrə baş direktoru Tomas Raytın şərhində qeyd olunub.
“Əgər bunun başladığı yerə nəzər salsanız, Vilnüsdən əvvəl Ukraynanın NATO-dakı rolu məsələsinin, belə demək mümkünsə, ikili olduğuna dair bir az fikir var idi. O, ya üzvdür, ya da deyil. Amma düşünürəm ki, biz Ukraynanın üzv olmağa doğru irəliləməsini təmin etmək üçün bunu bir az genişləndirmək yollarını tapmağa çalışırıq, bu, açıq-aydın çətin bir cəhətdir, çünki Ukrayna böyük müharibənin ortasındadır.
Biz indi və yaxın bir neçə ildə onun müdafiəsini və təhlükəsizliyini gücləndirmək üçün addımlar ata bilərik. Belə ki, NATO-ya qoşulmaq məqamı yarananda, Ukrayna daha güclü mövqedə olsun”,- deyə o qeyd edib.