Bayden üç ölkənin baş nazirini qəbul edəcək

Bayden üç ölkənin baş nazirini qəbul edəcək ABŞ prezidenti Co Baydenin sentyabrın 24 -də Vaşinqtonda Avstraliyanın baş naziri Skott Morrison, Hindistanın baş naziri Narendra Modi və Yaponiyanın Baş naziri Suqa Yoşihideni qəbul edəcəyi gözlənilir.
Digər ölkələr
14 Sentyabr , 2021 06:05
Bayden üç ölkənin baş nazirini qəbul edəcək
Cozef Bayden

ABŞ prezidenti Co Baydenin sentyabrın 24 -də Vaşinqtonda Avstraliyanın baş naziri Skott Morrison, Hindistanın baş naziri Narendra Modi və Yaponiyanın Baş naziri Suqa Yoşihideni qəbul edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, lidelər əlaqələrin dərinləşməsi, yeni növ koronavirus infeksiyası ilə mübarizə, iqlim böhranının aradan qaldırılması, yeni texnologiyalar, azad və açıq Hind-Sakit okean bölgəsinin təşviqi kimi sahələrdə praktiki əməkdaşlığın inkişafına diqqət yetirəcəklər.

Xatırladaq ki, ilk belə görüş bu ilin mart ayında videoformatda keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi