Bayden Türkiyədəki keçmiş səfiri ABŞ-nin Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi elçisi təyin edib
Digər ölkələr
- 16 oktyabr, 2023
- 00:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Cozef Bayden diplomat Devid Satterfild ABŞ-nin Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi elçisi təyin edilib.
“Report” Ağ evin saytında dərc olunan bəyanata istinadən xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken bildirib.
Satterfild Birləşmiş Millətlər Təşkilatı və ABŞ tərəfdaşları ilə işləyərək Qəzza zolağında humanitar böhranı təcili həll etmək və mülki insanları xilas etmək üçün Amerika diplomatiyasına rəhbərlik edəcək:
“Onun rolu ABŞ-nin regionda sülhün və sabitliyin qorunmasına dair uzunmüddətli öhdəliyinə əsaslanır”, – bəyanatda bildirilir.
Qeyd edək ki, D. Satterfild 2019-cu ilin avqustundan 2022-ci ilin yanvarınadək ABŞ-nin Türkiyədəki səfiri olub.
Байден назначил экс-посла в Турции спецпосланником США по гуманитарным вопросам на Ближнем Востоке
Biden appoints former US ambassador to Türkiye as Special Envoy for Middle East Humanitarian Issues
Son xəbərlər
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr