ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden hazırkı dövlət başçısı Donald Trampı COVID-19 əleyhinə peyvənd olunmağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.
"Ümid edirəm ki, peyvənd əlçatan olduqda prezident aydın və birmənalı şəkildə bütün amerikalıları vaksindən istifadə etməyə çağıracaq. Mən vaksinin cəmiyyətə etibarını təlqin etmək üçün peyvənd edildim, seçilmiş vitse-prezident Kamala Harris də həmçinin peyvənd olundu", - Bayden deyib.
Qeyd edək ki, Bayden “Pfizer” və “BioNTech” şirkətlərinin preparatı ilə peyvənd edilib.
Daha əvvəl Ağ Evdə bildirilib ki, nə vaxt həkim zəruri hesab etsə, ABŞ prezidenti Donald Tramp COVID-19-dan peyvənd ediləcək.
ABŞ COVID-19-a yoluxma hallarının sayına görə dünyada birinci yerdədir. Pandemiyanın bütün vaxtı ərzində 19 milyondan çox amerikalı koronavirusa yoluxub, onların 300 mindən çoxu ölüb.