Bayden tədbirdə müdafiə naziri və Pentaqonun adını unudub: “Şey, şey… ”

Bayden tədbirdə müdafiə naziri və Pentaqonun adını unudub: “Şey, şey… ” ABŞ prezidenti Cozef Bayden 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə Pentaqonun (ölkənin Müdafiə Nazirliyi) və müdafiə nazirinin adını unudub
Digər ölkələr
9 Mart , 2021 14:45
Bayden tədbirdə müdafiə naziri və Pentaqonun adını unudub: “Şey, şey… ”
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə Pentaqonun (ölkənin Müdafiə Nazirliyi) və müdafiə nazirinin adını unudub.

“Report” xəbər verir ki, bu, ABŞ mətbuatında əsas müzakirə mövzusuna çevrilib.

Məlumata görə, martın 8-də C.Bayden vitse-prezident Kamala Harris və müdafiə naziri Lloyd Ostinlə birlikdə Ağ evdə tədbirdə iştirak edib. O, ABŞ ordusunda zərif cinsin nümayəndələrinin iştirakından danışarkən deyib: “Qadınlar döyüşçüdürlər. Qadınların ordumuzun sıralarında olması bizi daha da güclü edir”.

Çıxışının bu yerində prezident müdafiə nazirinin adını çəkməli imiş. Lakin olun adını unudub. Dövlət başçısı deyib: “Şey, şey… keçmiş general... mən ona həmişə general deyib, dururam. Mənim, mənim… bu uniformanın başındakı adama (müdafiə naziri Lloyd Ostini nəzərdə tutur – red.) etdiyi bütün işlərə görə təşəkkür etdiyimizə arxayın olmalıyıq”.

79 yaşlı C.Baydenin müdafiə naziri və Pentaqonun adını unutması ABŞ mətbuatında ciddi müzakirə edilib.

Qeyd edək ki, C.Bayden həmin tədbirdə iki qadın komandiri Silahlı Qüvvələrin komandanlığında rəhbər vəzifəyə təyin edib. Hərbi Hava Qüvvələri generallarından Jaklin van Ovost ABŞ ordusunun nəqliyyat üzrə komandanı, general Laura Riçardson isə Cənub Qoşunları komandanı təyin olunublar.

Son xəbərlər

Orphus sistemi