ABŞ Prezidenti Cozef Bayden NATO sammiti çərçivəsində Şimali Atlantika alyansının rəhbəri Yens Stoltenberqlə apardığı müzakirələrin mövzusunu açıqlayıb.
“Report” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə tviter hesabında yazıb.
“Bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə Rusiyanın Ukraynaya təxribatı və əsassız müdaxiləsini müzakirə etmək üçün görüşdüm.
Biz alyansın birliyini və gücünü, NATO-nun istənilən təcavüzün qarşısını almaq və ondan müdafiə etmək üçün davamlı səylərini və Ukraynaya dəstəyimizi müzakirə etdik”, - Bayden qeyd edib.
“NATO-nun baş katibi Yens Stoltenberq, xüsusilə beynəlxalq təhlükəsizlik üçün bu kritik anda Alyansımıza rəhbərlik etmək və gücləndirmək baxımından əla işlər görüb. Mən onun səlahiyyət müddətinin uzadılmasını alqışlayıram və qarşıdan gələn ildə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”, - ABŞ rəhbəri əlavə edib.
ABŞ Prezidenti Cozef Baydenlə NATO Baş katibi Yens Stoltenberq arasında görüş olub.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı tviter səhifəsində yazıb.
“Mən Stoltenberqlə Rusiyanın Ukraynaya əsassız hərbi müdaxiləsini müzakirə etdim. Biz Alyansın birliyi, Ukraynaya dəstəyi barədə fikir mübadiləsi apardıq” , - paylaşımda bildirilib.