Bayden seçkilərdə qalib gəlmək şansını itirdiyi təqdirdə geri çəkiləcəyini açıqlayıb

Bayden seçkilərdə qalib gəlmək şansını itirdiyi təqdirdə geri çəkiləcəyini açıqlayıb Bütün qələbə şansları itirilsə, yenidən seçilmək üçün mübarizəni dayandırmağa hazır olacağam, lakin sosioloqların apardıqları sorğular bunun əksini deyir.
Digər ölkələr
12 İyul , 2024 08:01
Bayden seçkilərdə qalib gəlmək şansını itirdiyi təqdirdə geri çəkiləcəyini açıqlayıb

Bütün qələbə şansları itirilsə, yenidən seçilmək üçün mübarizəni dayandırmağa hazır olacağam, lakin sosioloqların apardıqları sorğular bunun əksini deyir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Amerika lideri, eyni zamanda bildirib ki, ABŞ-də seçki kampaniyası zamanı böyük dəyişikliklər baş verə bilər.

“Bununla belə, mən ən yaxşı olduğuma inanıram və bilirəm ki, liderlik baxımından ən bacarıqlıyam. Lakin Trampı məğlub edə biləcək başqa insanlar da var”, - Bayden qeyd edib.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bayden və Tramp artıq öz partiyalarının prezidentliyə namizədləri kimi təsdiq olunublar.

Son xəbərlər

Orphus sistemi