Cozef Bayden Ukrayna ilə bağlı tapşırıq verib

Cozef Bayden Ukrayna ilə bağlı tapşırıq verib Bu barədə ABŞ Prezidenti Cozef Bayden milli təhlükəsizlik üzrə komandasına tapşırıq verib
Digər ölkələr
20 Dekabr , 2021 10:54
Cozef Bayden Ukrayna ilə bağlı tapşırıq verib
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden milli təhlükəsizlik üzrə komandasına Rusiyanın Ukraynanı işğal etməsinin qarşısını almaqdan ötrü bütün mümkün addımları atmaqla bağlı tapşırıq verib.

“Report” xəbər verir ki, bu barədə Ağ ev rəsmisi CNN-ə bildirib.

Onun sözlərinə görə, 2014-cü ildəki səhvlər təkrarlanmamalıdır: “Ovaxtkı addımlar Rusiyanın xüsusi dövlət şirkətlərinin ABŞ kapital bazarlarına və texnologiyalarına çıxışını məhdudlaşdırmaqla onların orta və uzunmüddətlə inkişafına əngəl olmağa hesablanmışdı. Bu gün isə durum dəyişib. İndiki addımlar Rusiya iqtisadiyyatına dərhal və ciddi zərbə vuracaq”.

Son xəbərlər

Orphus sistemi