Bayden Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılmasını alqışlayıb

Bayden Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılmasını alqışlayıb ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılmasını alqışlayıb.
Digər ölkələr
8 Aprel , 2022 02:20
Bayden Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılmasını alqışlayıb

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılmasını alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Mən bu gün (dünən-red) Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında İnsan Haqları Şurasından çıxarılmasının lehinə səs çoxluğunun böyük əksəriyyətini alqışlayıram. Bu, dünya ictimaiyyətinin Putinin müharibəsinin Rusiyanı necə beynəlxalq tullantıya çevirdiyini bir daha nümayiş etdirən mühüm addımıdır", - Ağ Evin saytında yayılan bəyanatda deyilir.

Bayden qeyd edib ki, ABŞ “bu səsvermənin keçirilməsi (Rusiyanın BMT-yə üzvlüyünün dayandırılması) üçün dünya üzrə müttəfiqləri ilə sıx əməkdaşlıq edir, çünki Rusiya insan haqlarını kobud və sistematik şəkildə pozur.

"Rusiya qoşunlarının geri çəkilərkən Buça və Ukraynanın digər bölgələrindən gördüyümüz mənzərələr dəhşətlidir. İnsanların təcavüzə, işgəncələrə məruz qalması, edam edilməsi və bəzi hallarda bədənlərinin təhqir olunmasına dair əlamətlər ümumi insanlığımıza təhqirdir", - ABŞ Prezidenti deyib.

Son xəbərlər

Orphus sistemi