Bayden Rusiyadakı səfir vəzifəsinə ilk dəfə qadın diplomatın namizədliyini irəli sürüb

Bayden Rusiyadakı səfir vəzifəsinə ilk dəfə qadın diplomatın namizədliyini irəli sürüb ABŞ Prezidenti Cozef Bayden Konqresin Senatına Amerikanın Rusiyadakı səfiri vəzifəsinə Linn Treysinin namizədliyini təqdim edib.
Digər ölkələr
23 Sentyabr , 2022 00:42
Bayden Rusiyadakı səfir vəzifəsinə ilk dəfə qadın diplomatın namizədliyini irəli sürüb

ABŞ Prezidenti Cozef Bayden Konqresin Senatına Amerikanın Rusiyadakı səfiri vəzifəsinə Linn Treysinin namizədliyini təqdim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Senata göndərilən namizədlər: mütəxəssis diplomat Linn Treysi... ABŞ-ın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə (namizəd irəli sürülüb -red)”, - məlumatda bildirilir. İndi Senatın müvafiq komitəsi Treysinin qanunvericilərin suallarını cavablandıracağı dinləmənin vaxtı təyin etməlidir.

Bundan bir müddət sonra yuxarı palata onun ABŞ-ın Moskvadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təsdiq edilməsi məsələsinə səs verəcək. Treysinin namizədliyi təsdiq olunsa, o, ABŞ-ın Rusiyadakı səfiri vəzifəsini icra edən ilk qadın olacaq.

Treysi 2019-cu ildən ABŞ-ın Ermənistandakı səfirliyinin rəhbəri olub. Ölkədə səfir olmazdan əvvəl o, Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Rusiya üzrə baş məsləhətçi vəzifəsində çalışıb. Bundan əvvəl isə Rusiyada işləyib - 2014-2017-ci illərdə o vaxt Moskvada səfir olan Con Tefftin müavini olub.

Qeyd edək ki, Treysi rusca bilir.

Son xəbərlər

Orphus sistemi