Bayden Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsindən narahatdır

Bayden Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsindən narahatdır ABŞ prezidenti Co Bayden hesab edir ki, Rusiyanın taktiki nüvə silahı hələ Belarus ərazisində yerləşdirilməyib, lakin bu planlarla bağlı bəyanatlardan narahatdır.
Digər ölkələr
29 Mart , 2023 08:50
Bayden Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsindən narahatdır
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Rusiyanın taktiki nüvə silahı hələ Belarus ərazisində yerləşdirilməyib, lakin bu planlarla bağlı bəyanatlardan narahatdır.

“Report” xəbər verir ki, Amerika lideri bu barədə Şimali Karolinadan Vaşinqtona qayıtdıqdan sonra jurnalistlərə deyib.

Bayden Rusiya tərəfinin bununla bağlı açıqlamalarını hələ oxumadığını bildirib: “Təhlükəli haldır. Bu narahatlıq doğurur. Mən təyyarədə olarkən baş vermədiyi halda, hələ bunu etməyiblər”.

Qeyd edək ki, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində bildirib. Rusiya lideri bildirib ki, artıq Belarus ərazisinə taktiki nüvə silahı daşıya bilən 10 təyyarə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi