Bayden qasırğadan zərər çəkmiş ştatlara yardım göstərməyi tapşırıb
Digər ölkələr
- 11 dekabr, 2021
- 18:51
ABŞ Prezidenti Cozef Bayden qasırğadan zərər çəkmiş bölgələrə kömək üçün federal resursların ayrılmasını tapşırıb.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Fövqəladə halların idarə edilməsi üzrə federal agentliyin rəhbəri, milli təhlükəsizlik məsələləri üzrə köməkçi, baş qərargah rəisinin müavini və daxili işlər naziri kritik hava şəraiti barədə prezidentə məruzə ediblər.
Qeyd edək ki, İllinoys, Missuri, Arkanzas, Kentukki və Tennessi də daxil olmaqla, bir sıra ştatları qasırğa bürüyüb. Arkanzas ştatında qocalar evində baş verən təbii fəlakət nəticəsində bir nəfər ölüb. Tennessi ştatında üç nəfər ölüb. Kentukki ştatının qubernatoru Endi Beşir tornadoda ölənlərin sayının 100-ə çata biləcəyini təxmin edir.
Son xəbərlər
12:20
ABŞ-də 70-dən çox insan ölüb
Digər ölkələr12:19
Almaniya Kansleri: Ukraynanın Aİ-yə tezliklə daxil olması mümkün deyil
Digər ölkələr12:18
Sabah hava yağmursuz olacaq - PROQNOZ
Ekologiya12:15
AKBA: Bazarın dərinliyini artırmaq üçün islahatlara ehtiyac var
Maliyyə12:14
Yolda sürət yarışı təşkil edən sürücülər saxlanılıb
Hadisə12:13
Sumqayıtda ildə 3 120 tondan çox laminatlı və polipropilen kisə istehsal ediləcək
Sənaye12:11
Naxçıvanda Konstitusiya və Suverenlik irsinə həsr olunmuş kitab nəşr edilib
Elm və təhsil12:11
"Qarabağ" 2500, "Neftçi" 2000 manat cərimələnib
Futbol12:11