Bayden Polşa Prezidentinə zəng edib
Digər ölkələr
- 01 avqust, 2024
- 22:37
ABŞ Prezidenti Cozef Bayden Polşa lideri Andjey Dudaya şəxsən zəng edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Bayden Rusiya tərəfi ilə məhbus mübadiləsinin təşkilində göstərdiyi köməyə görə polşalı həmkarına təşəkkür edib.
Polşa Prezidentinin Dəftərxanası Baydenin Rusiyada həbsdə olan Amerika vətəndaşlarının azad edilməsinə kömək etdiyinə görə Polşa hakimiyyətinə təşəkkür etmək üçün Dudaya zəng etdiyini vurğulayıb. Telefon danışığı çərçivəsində hər iki ölkənin prezidentləri müttəfiqlik əlaqələrinin gücünü və Polşa ilə ABŞ arasında strateji tərəfdaşlığı ifadə ediblər.
Son xəbərlər
11:02
Kamran Əliyev İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib
Xarici siyasət11:00
Foto
"Xarıbülbül" şəhid və qazi övladlarının yay düşərgəsi keçirilib
Daxili siyasət11:00
Kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtı yenidən tənzimlənir
Milli Məclis11:00
Milli Məclisdə əhalinin məşğulluğunun artırılmasına həsr edilən ictimai dinləmə keçiriləcək
Daxili siyasət10:57
Elnur Məmmədov: Azərbaycan təhlükəsiz və ləyaqətli şəkildə Böyük Qayıdışı təmin etmək əzmindədir
Daxili siyasət10:56
CAREC ölkələri Turizmin İnkişaf Strategiyasının praktiki icrasına başlayıb
Turizm10:50
Zelenski Radanı baş prokurorun istefasını dəstəkləməyə çağırıb
Digər ölkələr10:49
Foto
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Daxili siyasət10:49