Bayden pandemiya ilə mübarizə üzrə 10 fərman imzalayacaq

Bayden pandemiya ilə mübarizə üzrə 10 fərman imzalayacaq Bu barədə “Reuters” agentliyi yeni ABŞ administrasiyasının nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb
Digər ölkələr
169
21 Yanvar , 2021 16:42
Bayden pandemiya ilə mübarizə üzrə 10 fərman imzalayacaq
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden bu gün koronavirus pandemiyasına qarşı mübarizə üzrə 10 fərman imzalayacaq.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yeni ABŞ administrasiyasının nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.

Yanvarın 20-də prezident kimi rəsmən fəaliyyətə başlayan Bayden ölkədə virusa yoluxanların və ölənlərin sayının getdikcə artdığını nəzərə alaraq, pandemiya ilə mübarizəni administrasiyasının yaxın gələcək üçün ən vacib prioriteti elan edib. Prezident, yaxın ətrafının dediyinə görə, hökumətin fəaliyyətinin effektivliyini nümayiş etdirmək və bununla da problemə münasibətinin Ağ Evdəki sələfi Donald Trampdan fərqləndiyini vurğulamaq niyyətindədir.

Daha əvvəl xəbər verilmişdi ki, Bayden qarşıdakı 100 gün ərzində bütün federal qurumlarda maska ​​rejiminin və sosial məsafə tədbirlərinə nəzarəti gücləndirmək, əhalinin COVID-19-a qarşı vaksinasiyası kampaniyasını gücləndirmək, həmçinin pandemiyaya qarşı digər tibbi və sosial addımlar atmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi