Bayden Nyu-Yorkda 10 nəfərin öldürüldüyü supermarketə gedəcək

Bayden Nyu-Yorkda 10 nəfərin öldürüldüyü supermarketə gedəcək ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamı Nyu-York ştatına Buffaloya, atışma nəticəsində 10 nəfərin həlak olduğu supermarketə səfər gedəcək.
Digər ölkələr
16 May , 2022 03:14
Bayden Nyu-Yorkda 10 nəfərin öldürüldüyü supermarketə gedəcək

ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamı Nyu-York ştatına, Buffalo şəhərinə - atışma nəticəsində 10 nəfərin həlak olduğu supermarketə gedəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

"Prezident və birinci xanım mayın 17-də, çərşənbə axşamı Buffaloya səfər edəcəklər", - Ağ Evin mətbuat xidməti bildirib.

Qeyd edək ki, ABŞ rəhbəri tviter hesabında özünün və xanımının silahlı insident nəticəsində insanların həlak olmalarından kədərləndiyini yazıb.

Daha əvvəl xəbər verilib ki, supermarketdə atəş açmaqda şübhəli bilinən 18 yaşlı amerikalı saxlanılıb. Yerli KİV-in məlumatına görə, insident zamanı 10 nəfər ölüb, daha 3 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Cinayətkarı ömürlük həbs cəzası gözləyir. Amerikanın hüquq-mühafizə orqanları atışmanın irqi nifrətdən qaynaqlandığından şübhələnirlər.

Son xəbərlər

Orphus sistemi