Bayden nəyin bahasına olursa-olsun, Si Szinpinlə görüşmək istəyir

Bayden nəyin bahasına olursa-olsun, Si Szinpinlə görüşmək istəyir ABŞ prezidenti Cozef Bayden əmindir ki, rəsmi Vaşinqton və Pekin arasındakı rəqabət fonunda diplomatik təmaslar xüsusi əhəmiyyət kəsb etdiyi üçün Çin Xalq Respublikasının Sədri Si Szinpinlə görüş zəruridir.
Digər ölkələr
27 Oktyabr , 2021 02:13
Bayden nəyin bahasına olursa-olsun, Si Szinpinlə görüşmək istəyir
Si Szinpon və Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden əmindir ki, rəsmi Vaşinqton və Pekin arasındakı rəqabət fonunda diplomatik təmaslar xüsusi əhəmiyyət kəsb etdiyi üçün Çin Xalq Respublikasının Sədri Si Szinpinlə görüş zəruridir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

O, qeyd edib ki, Bayden Si Szinpinlə şəxsi əlaqə imkanının olmasını vacib hesab edir.

"Əgər Si Szinpin üçün səyahət məhdudiyyətlərinə görə bunu şəxsən etmək mümkün deyilsə, onda virtual görüş keçirmək ən yaxşısı olardı. Biz məhz bunu edəcəyik", - Sallivan Ağ Evdəki brifinqdə deyib.

“Biz bunu etmək niyyətindəyik, çünki Birləşmiş Ştatlar və Çin arasında gərgin rəqabət dövründə ən yüksək səviyyədə, liderlər səviyyəsində intensiv diplomatik əlaqə bu münasibətlərin effektiv idarə olunmasında mühüm rol oynayır”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi