ABŞ Prezidenti Cozef Bayden NATO-nun növbəti baş katibinin namizədliyi ilə bağlı razılaşmanın tamamlanmadığını bildirib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransında deyib.
Bununla belə, Bayden NATO-nun növbəti baş katibinin britaniyalı olacağını istisna etməyib.
Xatırladaq ki, daha öncə Britaniyanın müdafiə naziri Uollesin də adı mümkün namizədlər arasında idi.