Bayden martın sonunda Brüsseldə NATO-nun fövqəladə sammitinə qatılacaq

Bayden martın sonunda Brüsseldə NATO-nun fövqəladə sammitinə qatılacaq ABŞ Prezidenti Cozef Bayden martın sonunda Brüsselə səfər edəcək.
Digər ölkələr
15 Mart , 2022 23:02
Bayden martın sonunda Brüsseldə NATO-nun fövqəladə sammitinə qatılacaq

ABŞ Prezidenti Cozef Bayden martın sonunda Brüsselə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Psaki deyib ki, Bayden Brüsseldə martın 24-də keçiriləcək NATO-nun fövqəladə sammitinə qatılacaq.

"ABŞ dövlət başçısı Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab olaraq müttəfiqlərlə birgə planlaşdırılan tədbirləri müzakirə etməyi planlaşdırır”, - Ağ Evin mətbuat katibi qeyd edib.

Son xəbərlər

Orphus sistemi