“Yuvaldda (Texas ştatının Yuvald şəhərində) törədilən hadisədən sonra ölkəmizdə odlu silahdan istifadə nəticəsində 650-dən çox kütləvi atışma və 40 mindən çox ölüm hadisəsi baş verib. Konqres hərbi silahların küçələrimizdən və təhlükəli əllərə keçməsini təmin edən ağıllı silah təhlükəsizliyi qanunlarını qəbul etməyincə bu epidemiyaya son qoya bilmərik”.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tviterdəki hesabında yazıb.
“Bu gün Amerikada silahlar uşaqların bir nömrəli qatili olaraq qalır. Biz tədbir görmüşük, lakin kifayət deyil. AR-15 tipli odlu silahları və digər hücum silahlarını, eləcə də yüksək tutumlu daraqları qadağan etməyin vaxtıdır. Konqres hərəkətə keçməlidir”, - Birləşmiş Ştatların rəhbəri vurğulayıb.
"Texas ştatının Uvald şəhərindəki ibtidai məktəbinin Amerikada daha bir faciəyə çevrilməsindən 1 il keçdi. Yarımçıq qalmış bir il. Gündəlik sevinclər ili - onun təbəssümü, gülüşü - getdi. Bu gün odlu silahdan istifadə edilərək əlimizdən qaçırılan 19 uşaq və iki müəllim üçün yas saxlayırıq”, - Ağ Ev rəhbəri yazıb.
Xatırladaq ki, ötən il Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 21 nəfər həlak olub. Həlak olanların əksəriyyəti şagirdlər, 2-si müəllim idi. Bayden faciə ilə əlaqədar bayraqların endirilməsi barədə sərəncam verib.
Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.