Bayden İŞİD liderinin məhvi əməliyyatının təfərrüatlarını açıqlayıb

Bayden İŞİD liderinin məhvi əməliyyatının təfərrüatlarını açıqlayıb ABŞ Prezidenti Cozef Bayden vətəndaşlara müraciəti zamanı bildirib ki, ABŞ hərbçiləri tərəfindən məhv edilən İŞİD terror qruplaşmasının lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyişi bu yaxınlarda Suriyada qruplaşma döyüşçülərinin yerləşdiyi həbsxanaya hücuma g
Digər ölkələr
4 Fevral , 2022 03:11
Bayden İŞİD liderinin məhvi əməliyyatının təfərrüatlarını açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden vətəndaşlara müraciəti zamanı bildirib ki, ABŞ hərbçiləri tərəfindən məhv edilən İŞİD terror qruplaşmasının lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyişi bu yaxınlarda Suriyada qruplaşma döyüşçülərinin yerləşdiyi həbsxanaya hücuma görə məsuliyyət daşıyır.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Prezident qeyd edib ki, terrorçu “yezidilərə qarşı da daxil olmaqla, bir sıra vəhşiliklərdə” iştirak, habelə onlara rəhbərlik edib.

"Qoşunlarımızın şücaəti sayəsində bu dəhşətli terrorçu lider artıq yoxdur", - Bayden deyib.

O bildirib ki, terrorçu məhkəmədən qorxaraq əldəqayırma partlayıcı qurğunu işə salan zaman ölüb.

Baydenin sözlərinə görə, çoxlu itki verməmək üçün terrorçunun yerləşdiyi evə hava hücumu ilə deyil, təhlükəsizlik qüvvələri tərəfindən hücum edilməsi qərara alınıb. O, həmçinin vurğulayıb ki, bu uğurlu əməliyyat ABŞ-ın dünyanın harasında gizlənməyə çalışmasından asılı olmayaraq terror təhdidlərini aradan qaldırmaq qabiliyyətinə sübutdur.

Son xəbərlər

Orphus sistemi