Bayden G7 sammiti zamanı azdı - VİDEO

Bayden G7 sammiti zamanı azdı - VİDEO Kadrlarda Baydenin jurnalistlərin oturduğu verandaya necə girdiyi əks olunur
Digər ölkələr
11 İyun , 2021 20:39
Bayden G7 sammiti zamanı azdı - VİDEO
Cozef Bayden

ABŞ prezidenti Co Bayden G7 sammiti zamanı restoranda azıb.

“Report” xəbər verir ki, bunu “ITV News” telekanalının yayımladığı videoda görmək olar.

Kadrlarda Baydenin jurnalistlərin oturduğu verandaya necə daxil olduğu əks olunur.

“Kornuoll sammiti necə gedir?”, - orada olanlardan biri soruşub.

Ağ Evin başçısı da tədbirin çox yaxşı keçdiyini deyərək, çox güman, həyat yoldaşı Cilli axtarmağa davam edib. Bu anda Cill verandanın o biri tərəfindən gələrək həyat yoldaşını özü ilə aparıb.

Son xəbərlər

Orphus sistemi