Bayden G20-nin Əfqanıstanla bağlı görüşünü səmərəli hesab edir

Bayden G20-nin Əfqanıstanla bağlı görüşünü səmərəli hesab edir ABŞ Prezidenti Cozef Bayden G20-nin Əfqanıstan üzrə virtual görüşünün səmərəli keçdiyini hesab edir.
Digər ölkələr
13 Oktyabr , 2021 06:32
Bayden G20-nin Əfqanıstanla bağlı görüşünü səmərəli hesab edir
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden G20-nin Əfqanıstan üzrə virtual görüşünün səmərəli keçdiyini hesab edir.

"Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə bildirib.

"Bu görüşdə İŞİD-in qolu olan Xorasandakı İslam Dövlətinin təhdidləri ilə mübarizə və Əfqanıstanlı tərəfdaşların təhlükəsiz çıxışı məsələləri müzakirə edilib. Bu baxımdan Cozef Bayden görüşün məhsuldar keçdiyini bəyan edib", - Psaki deyib.

Rusiya və Çinin liderlər səviyyəsində təmsil olunmaması ilə bağlı şərhə gəldikdə isə, Bayden məsələ ilə görüşün təşkilatçısı olan İtaliya ilə əlaqə saxlamağı tövsiyə edib.

Qeyd edə ki, sammitdə Rusiyanı xarici işlər nazirinin müavini İqor Morqulov, Çini isə Dövlət Şurasının üzvü, xarici işlər naziri Vanq İ. təmsil edib.

Görüşdə beynəlxalq humanitar və maliyyə təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi