Əcnəbilərin Əfqanıstanın payaxtı Kabil aeroportundan Amerika hərbçiləri tərəfindən təxliyəsi, həmçinin xaricdə sığınacaq almış əfqanlar ölkədə 20 il davam etmiş müharibəyə son qoyacaq.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.
ABŞ rəhbəri qeyd edib ki, söhbət qısamüddətli əməliyyatdan gedir. “Onun hədəfi məhdudlaşdırılıb: təxliyyəni həyata keçirmək", - Bayden qeyd edib.
Birləşmiş Ştatlar prezidentinin sözlərinə görə, bundan sonra qoşunların çıxarılması başa çatacacaq və müharibə qurtaracaq. Bu prosesin avqustun sonuna kimi yekunlaşacağı planlaşdırılır.
Qeyd edək ki, ABŞ prezidenti Əfqanıstandan olan qaçqınlara yardım üçün 500 milyon ABŞ dolları ayırmağı qərara alıb. Cozef Baydenin imzaladığı, Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış memorandumda deyilir ki, 500 milyon ABŞ dolları məbləğində vəsait qaçqınların, Əfqanıstanda yaranmış vəziyyət nəticəsində risklə üzləşənlərin, münaqişə qurbanlarınınn və başqa şəxslərin zəruri ehtiyaclarının təmin olunmasına yönəldiləcək.