Bayden Belarusa qarşı sanksiyaların müddətini uzadıb

Bayden Belarusa qarşı sanksiyaların müddətini uzadıb ABŞ Prezidenti Cozef Bayden Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Digər ölkələr
14 İyun , 2022 06:41
Bayden Belarusa qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Prezidenti Cozef Bayden Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb.

Bu barədə “Report” Ağ Evin saytına istinadən xəbər verir.

Birləşmiş Ştatların geniş iqtisadi məhdudlaşdırıcı tədbirləri 2020-ci ildə tətbiq olunub.

Ağ Evdə sanksiyaların tətbiqinə Belarusda hakimiyyət orqanlarının prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı qeyri-qanuni və repressiv fəaliyyəti, həmçinin siyasi müxalifətin aradan qaldırılması səbəb göstərilir. Bundan əlavə, ölkə hökuməti beynəlxalq mülki hava səyahətlərinə təhlükə yaratmaqda ittiham olunur.

Son xəbərlər

Orphus sistemi