Bayden ABŞ qoşunlarının Əfqanıstanda qalmamasının səbəbini açıqlayıb

Bayden ABŞ qoşunlarının Əfqanıstanda qalmamasının səbəbini açıqlayıb Birləşmiş Ştatların prezidenti Cozef Bayden bildirib ki, Amerika qoşunları Əfqanıstanda "Taliban”a qarşı vuruşmaq üçün qalmayacaq.
Digər ölkələr
15 Avqust , 2021 08:48
Bayden ABŞ qoşunlarının Əfqanıstanda qalmamasının səbəbini açıqlayıb
Cozef Bayden

Birləşmiş Ştatların prezidenti Cozef Bayden bildirib ki, Amerika qoşunları Əfqanıstanda "Taliban”a qarşı vuruşmaq üçün qalmayacaq.

“Report”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ağ Ev rəhbəri Əfqanıstanın silahlı qüvvələrinin radikallara qarşı vuruşmayacağı təqdirdə bunun mənasının olmadığını deyib.

"Əgər əfqan hərbçiləri bacarmırlarsa və ya özləri ölkəni qoruyub saxlamağa başlamasalar, daha 1 il və ya 5 il hərbi mövcudluq vəziyyəti dəyişdirməyəcək", - Baydenin bəyanatında deyilir.

Amerika Birləşmiş Ştatları prezidentinin sözlərinə görə, o, Amerika hərbçilərinin başqa ölkədə vətəndaş qarşıdurmasında iştirakını qəbul etmir.

Son xəbərlər

Orphus sistemi