Bayden: ABŞ Livanın yeni prezidentini ölkənin bərpasında dəstəkləyəcək

Bayden: ABŞ Livanın yeni prezidentini ölkənin bərpasında dəstəkləyəcək ABŞ hökuməti Livanın seçilmiş prezidenti general Cozef Auna müharibədən sonrakı ölkənin bərpasında dəstək verəcək.
Digər ölkələr
10 Yanvar , 2025 05:29
Bayden: ABŞ Livanın yeni prezidentini ölkənin bərpasında dəstəkləyəcək

ABŞ hökuməti Livanın seçilmiş prezidenti general Cozef Auna müharibədən sonrakı ölkənin bərpasında dəstək verəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatında deyilib.

ABŞ-nin gedən administrasiyasının başçısı qeyd edib ki, son iki ildə Livan təkcə müharibədən və uzunmüddətli maliyyə böhranından deyil, həm də “milli rəhbərliyin olmamasından” əziyyət çəkib.

“Prezident Aunun seçilməsi ABŞ-nin “Hizbullah” və İsrail arasında döyüş əməliyyatlarının dayandırılmasını təmin etməsindən cəmi altı həftə sonra baş verdi. İndi prezident Aun Livan və İsrail döyüş əməliyyatlarının dayandırılmasını tam həyata keçirəcəyi, yüz minlərlə insan evlərinə qayıdacağı və Livan bərpa olunub dirçələcəyi bir vaxtda həlledici əhəmiyyətə malik rəhbərliyi təmin edəcək. Prezident Aun mənim etimadımı qazanıb. Əminəm ki, o, belə dövr üçün münasib liderdir”, – sənəddə deyilib.

Bu gün Livan ordusunun komandanı general Cozef Aun parlamentdə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Onun namizədliyinə 128 deputatdan 99-u səs verib.

Son xəbərlər

Orphus sistemi