Əfqanıstana daxil olmağın əsas məqsədi – “Əl-Qaidə” terror qruplaşmasının lideri Üsamə bin Ladeni zərərsizləşdirdikdən sonra ABŞ-ın Əfqanıstanı bir hökumət altında birləşdirmək cəhdləri səhv idi.
“Report” xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden bəyan edib.
Onun sözlərinə görə, ABŞ Üsamə bin Ladeni öldürdükdən sonra 20 il ərzində Əfqanıstanda hər gün 300 milyon ABŞ dolları xərcləyib:
“Bilirsiniz, “Əl-Qaidə” geri qayıda bilərmi? Bəli. Artıq başqa yerlərə qayıdıb. O zaman strategiya nədir? “Əl-Qaidə”nin olduğu bütün yerlərə daxil olaraq oraya qoşunlarımızı yerləşdirmək?”.
C. Bayden qeyd edib ki, ölkə vətəndaşlarının əksəriyyəti hələ də Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını dəstəkləyir.