Bayden: "Bizim Fransadan daha sadiq müttəfiqimiz yoxdur"

Bayden: "Bizim Fransadan daha sadiq müttəfiqimiz yoxdur" ABŞ Fransanı əsas müttəfiqlərindən biri hesab edir.
Digər ölkələr
29 Oktyabr , 2021 21:26
Bayden: Bizim Fransadan daha sadiq müttəfiqimiz yoxdur
Cozef Bayden və Emmanuel Makron
0 : 00
0 : 00

ABŞ Fransanı əsas müttəfiqlərindən biri hesab edir.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Romada Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib.

Baydenin sözlərinə görə, Vaşinqton və Paris dünyanın bütün regionlarında birgə işləyə bilər.

"Bizim Fransadan daha sadiq müttəfiqimiz yoxdur. Dünyada elə bir yer yoxdur ki, biz birlikdə işləyə bilməyək", - ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Cozef Baydeni Avropa İttifaqı ilə NATO arasında strateji tərəfdaşlıq, terrorizmlə mübarizə və digər qlobal mövzuların müzakirəsinə dəvət edib.

"Fransa-ABŞ əməkdaşlığının gücləndirilməsi istiqamətində işlərə başlamışıq. Hesab edirəm ki, biz gələcəyə baxmalıyıq", - Makron qeyd edib.

Son xəbərlər

Orphus sistemi