Bayden: "ABŞ-da inflyasiya artımı Ukraynadakı vəziyyət və pandemiya ilə bağlıdır"

Bayden: "ABŞ-da inflyasiya artımı Ukraynadakı vəziyyət və pandemiya ilə bağlıdır" "ABŞ-da inflyasiyanın artmasının səbəbləri Ukraynadakı vəziyyəti və pandemiyadır".
Digər ölkələr
11 May , 2022 04:07
Bayden: ABŞ-da inflyasiya artımı Ukraynadakı vəziyyət və pandemiya ilə bağlıdır

"ABŞ-da inflyasiyanın artmasının səbəbləri Ukraynadakı vəziyyəti və pandemiyadır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı bildirib.

"Yüksək inflyasiyanın iki əsas səbəbi var. Birinci səbəb əsrdə bir dəfə belə miqyasda baş verən pandemiyadır. Ukraynadakı vəziyyət isə ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub. Hazırda Ukrayna anbarlarında 20 milyon ton taxıl var. Biz onu dünya bazarına çıxarmağın yolunu tapmağa çalışırıq ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olacaq", - Bayden deyib.

Bayden inflyasiya ilə mübarizəni prioritet məsələlərdən hesab etdiyini də vurğulayıb.

“İnflyasiyaya çox ciddi yanaşıram, bu, mənim ölkə daxilində əsas prioritetimdir. Əksər iqtisadçılar hesab edir ki, bu problemi həll etmək həqiqətən çətin olacaq. Lakin bu, xərclərə görə deyil", - ABŞ lideri əlavə edib.

Beynəlxalq Valyuta Fondunun apreldə dərc etdiyi hesabata görə, ABŞ-da inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb.

Son xəbərlər

Orphus sistemi