Bayden: “20 ildə terror təhlükəsi dünyada yayılıb”

Bayden: “20 ildə terror təhlükəsi dünyada yayılıb” Amerika Birləşmiş Ştatları üçün terror təhlükəsi son 20 ildə bütün dünyaya, metastaz verərək Yaxın Şərq, Afrika və Asiyada yayılıb
Digər ölkələr
9 İyun , 2021 02:28
Bayden: “20 ildə terror təhlükəsi dünyada yayılıb”
Cozef Bayden

Amerika Birləşmiş Ştatları üçün terror təhlükəsi son 20 ildə bütün dünyaya, metastaz verərək Yaxın Şərq, Afrika və Asiyada yayılıb.

“Report” xəbər verir ki, bu, ABŞ Prezidenti Co Baydenin Ağ ev tərəfindən yayılan məktubunda deyilir.

Məktub Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqədar Konqresinin komitə sədrlərinə ünvanlanıb.

Bayden bildirib ki, terror təhlükəsi bütün dünyada yayılıb və terrorizmə qarşı mübarizə strategiyası olaraq Əfqanıstanda minlərlə əsgəri saxlamaq mənasızdır.

Son xəbərlər

Orphus sistemi