Bavariya meri qaçqın avtobusunu birbaş Almaniya kanslerinin iqamətgahına göndərib

Bavariya meri qaçqın avtobusunu birbaş Almaniya kanslerinin iqamətgahına göndərib ​Qaçqınlar şəhər hakimiyyətinin onlardan Merkelin siyasətinə etiraz üçün istifadə etdiyindən xəbərsiz olublar
Digər ölkələr
15 Yanvar , 2016 00:42
Bavariya meri qaçqın avtobusunu birbaş Almaniya kanslerinin iqamətgahına göndərib

Bakı. 15 yanvar. REPORT.AZ/ Almaniyanın Bavariyada yerləşən Landsxut şəhər administrasiyası suriyalı qaçqınların olduğu avtobusu Almaniya kansleri Angela Merkelin apardığı siyasətə etiraz əlaməti olaraq birbaş onun iqamətgahına göndərib.

"Report"un məlumatına görə, "Daily Mail" qəzeti yazır ki, hələ ötən ilin oktyabrında şəhər administrasiyasının rəhbəri Peter Drayer Merkel ilə telefon söhbəti zamanı Almaniyanın miqrant axınının öhdəsindən gəlmək gücündə olmadığını bildirib.

Həmin vaxt mer kansleri xəbərdar edib:

"Onun dairəsi 1,8 min nəfər qəbul edəcək. Əgər miqrantlar çox olarsa, onlar düz Berlinə - onun üstünə göndəriləcək".

Almaniyanın "N-Tv" televiziya kanalı xəbər verir ki, Landsxutdan Berlinə yeddi saatlıq səfərə yola düşən qaçqınlar şəhər hakimiyyətinin onlardan Merkelin siyasətinə etiraz üçün istifadə etməsindən xəbərsiz olublar. Onlar Berlinə getməyi orada dostları və qohumlarına baş çəkmək fürsətinin yaradılması kimi başa düşüblər.

Son xəbərlər

Orphus sistemi