Bakı. 25 iyul. REPORT.AZ/ Almaniyanın Ansbax şəhərində baş vermiş partlayışın 27 yaşlı Suriya vətəndaşı tərəfindən törədildiyi güman edilir.
"Report"un məlumatına görə, bu barədə Bavariyanın daxili işlər naziri İoahim Herman Ansbaxda keçirdiyio mətbuat konfransında məlumat verib.
İoahim Hermanın sözlərinə görə, suriyalı Almaniyaya 2 il əvvəl gəlib. O, əvvəllər iki dəfə özünü öldürmək istəsə də, buna nail olmayıb. Buna görə psixatriya klinikasında müalicə edilib.
Cinayətkarın məqsədi 2,5 min tamaşaçının iştirak etdiyi musiqi festivalının qarşısını almaq olub. Lakin o buna nail ola bilməyib.
Bu arada məlum olub ki, hadisə zamanı yaralananların sayı 14-ə çatıb.