Yuxarı

Batan "Dalni Vostok" balıqçı gəmisinin motorçusu qəza haqqında danışıb

Ekipaj üzvlərindən birinin sözlərinə görə, göyərtəyə həddən artıq balıq yükləndiyindən gəmi əyilməyə başlayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Batan "Dalni Vostok" balıqçı gəmisindən xilas olunan motorçu Dmitri Dmitriyeviç qəza haqqında danışıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, motorçunun sözlərinə görə, ballast əks ağırlığı olmadan göyərtəyə həddən artıq balıq yükləndikdən sonra gəmi əyilməyə başlayıb.

"Göyərtəyə çox balıq yüklədik. Bu da əyilməyə səbəb oldu. Ballast bakları isə boş idi, tarazlaşdırmaq mümkün olmadı. Gəmi getdikcə daha çox əyilirdi, fırtınalı hava var idi və qarşısıalınmaz proses baş verdi", - bir gün əvvək FHN helikopteri ilə Maqadan kliniki xəstəxanasına təxliyyə olunan Dmitri jurnalistlərə bildirib. 

"Dalni Vostok" balıqçı gəmisi Oxot dənizində Kamçatka sahillərində qəzaya uğrayıb. Göyərtədə 7 azərbaycanlı daxil olmaqla, 130 nəfər olub, 63 ekipaj üzvü xilas edilib. 

Saxalin vilayətinin qubernatoru Oleq Kojemyakonun sözlərinə görə, əksər yaralı matrosların vəziyyəti kafidir. Aprelin 7-də göyərtəsində xilas edilən ekipaj üzvlərinin və ölənlərin cəsədlərinin olduğu 2 gəminin limana gəlməsi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi