Rusiyada iki yük qatarı toqquşub: ölənlər var

Rusiyada iki yük qatarı toqquşub: ölənlər var İstintaq Komitəsi hələlik vəziyyəti şərh etməyib
Digər ölkələr
26 Mart , 2017 19:25
Rusiyada iki yük qatarı toqquşub: ölənlər var
Courtesy İmage

Bakı. 26 mart. REPORT.AZ/ Rusiya Federasiyasının Başqırdıstan Respublikasında iki yük qatarının toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə respublikanın təcili xidmətlərindəki mənbə "RİA Novosti" xəbər verib.

"İki qatar toqquşub. Onlardan biri filizlə dolu, digəri boş olub" – deyə mənbə bildirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional bölməsinin rəsmi məlumatına görə, hadisə Uçalinsk filizsaflaşdırma kombinatının ərazisində, Uçala şəhərində, yerli vaxtla saat 15:05 radələrində baş verib

"Yaşayış məntəqəsinə hər hansı təhlükə yoxdur. Hadisə yerində 27 nəfər və üç ədəd texnika işləyir", - deyə Başqırdırdıstan FHN-in mətbuat katibi Yelena Mavlyutova bildirib.

İstintaq Komitəsi hələlik vəziyyəti şərh etməyib.

Son xəbərlər

Orphus sistemi