Yuxarı
    Bağlamaq

    Başqırdıstanda keçmiş hərbi hissənin ərazisində partlayış olub

    Naməlum şəxslər hərbi hissənin ərazisinə qeyri-qanuni daxil olub

    Bakı. 24 dekabr. REPORT.AZ/ Başqırdıstanda yerləşən keçmiş hərbi hissənin ərazisində partlayış baş verib, xəsarət alanlar var.

    “Report” "RİA Novosti" saytına istinadən xəbər verir ki, bu barədə respublika FHN-in mətbuat xidmətinin nümayəndəsi məlumat yayıb.

    Məlumata görə, naməlum şəxslər hərbi hissənin ərazisinə qeyri-qanuni daxil olub, bundan sonra partlayış baş verib.

    "Hadisə nəticəsində xəsarət alanlar var, onların vəziyyəti dəqiqləşdirilir. Hadisə yerinə 6 nəfər xilasedici və 19 ədəd texnika cəlb olunub", - FHN-in nümayəndəsi bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi