Başqırdıstanda baş vermiş yanğında 9 nəfər həlak olub

Başqırdıstanda baş vermiş yanğında 9 nəfər həlak olub Hadisə yerində təhqiqat komissiyası işləyir və yanğının səbəbləri araşdırılır
Digər ölkələr
7 Avqust , 2017 07:05
Başqırdıstanda baş vermiş yanğında 9 nəfər həlak olub

Bakı. 7 avqust. REPORT.AZ/ Başqırdıstanın Birsk rayonunda, yaşayış evində baş vermiş yanğında 5-i uşaq olmaqla, 9 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional mətbuat xidmətinin rəhbəri Yelena Mavlyutova məlumat yayıb.

Onun sözlərinə görə, yanğın hadisəsi bazar ertəsinə keçən gecə Birsk rayonunun kəndlərindən birindəki evdə qeydə alınıb.

"Hadisə zamanı bir ailənin 9 üzvü yanaraq ölüb. Onlar arasında 5 həddi-büluğa çatmayan da var", - deyə Mavlyutova bildirib.

O, qeyd edib ki, hadisə yerində təhqiqat komissiyası işləyir və yanğının səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi