Baş nazir: "Yunanıstan 2018-ci ildən sonra yardım proqramlarından tamamilə çıxacaq"

Baş nazir: "Yunanıstan 2018-ci ildən sonra yardım proqramlarından tamamilə çıxacaq" Aleksis Tsipras: "Bazarlar Avroqrupda kreditorlarla razılığa çox müsbət reaksiya verdi"
Digər ölkələr
30 İyun , 2017 11:46
Baş nazir: Yunanıstan 2018-ci ildən sonra yardım proqramlarından tamamilə çıxacaq

Bakı. 30 iyun. REPORT.AZ/ 2018-ci ilin yayında Yunanıstan beynəlxalq kreditləşmə bazarına geri dönəcək və yardım proqramlarından tamamilə çıxacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Aleksis Tsipras bildirib.

A.Tsipras qeyd edib ki, iyunun 15-də Avroqrupda qəbul edilən qərardan sonra ölkə hökuməti kreditorlarla memorandumla tam və birdəfəlik vidalaşacaqlarına əmindir.

O, bazarların Avroqrupda kreditorlarla razılığa çox müsbət reaksiya verdiyini vurğulayıb. Baş nazirin sözlərinə görə, kreditorlarla razılığın əldə olunması Yunanıstan bondlarının dərəcələrinə təsir edib: indi onlar 2009-cu ildən bəri ən aşağı səviyyədədir.

Xatırladaq ki, 320 milyard avro məbləğində dövlət borcu olan Yunanıstan iqtisadi böhran səbəbiylə maliyyə bazarlarına çıxışı imkanından məhrum olduğundan 2010-cu ildən xarici maliyyə yardımı proqramlarından istifadə etmək məcburiyyətində qalıb. 86 milyard avro həcmində olan üçüncü yardım proqram 2018-ci ilin yayında başa çatacaq. Kreditlərin qarşılığında Yunanıstan islahatlar həyata keçirmək və bütün iqtisadi siyasətini koordinasiyalı şəkildə aparmağa borcludur.

Son xəbərlər

Orphus sistemi