ABŞ-da Türkiyənin baş konsulunu qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan erməni azadlığa buraxılıb

ABŞ-da Türkiyənin baş konsulunu qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan erməni azadlığa buraxılıb Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş erməni Xampiq Sasunyan azadlığa buraxılıb.
Digər ölkələr
30 Dekabr , 2019 13:25

Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş erməni Xampiq Sasunyan azadlığa buraxılıb.

“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Kaliforniya ştatının Məhkəməsi qərar qəbul edib. 

Erməni terrorçunun vəkili onun azadlığa buraxılması barədə vəsatət verib. Kaliforniya ştatının Məhkəməsi vəsatəti təmin edib. Türkiyənin baş konsulunun qatili şərti cəza ilə azadlığa buraxılıb. 

Qeyd edək ki, Xampiq Sasunyan 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyurtda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında tərəfkeşi ilə birlikdə o, avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu  Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli mühakimə edib. Erməni terrorçu ömürlük azadlıqdan məhrum olunmuşdu. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi X.Sasunyanın əfv edilməsi ilə bağlı müraciəti təmin etməyib. 2016-cı ildə Kaliforniyanıən Əfv komissiyası onu əfv etsə də ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

Son xəbərlər

Orphus sistemi