Baş katib: “İsveçin NATO-ya üzvlüyünə inanıram”

Baş katib: “İsveçin NATO-ya üzvlüyünə inanıram” “İsveçin NATO-ya üzvlüyünə inanıram”.
Digər ölkələr
11 İyul , 2023 10:31
Baş katib: “İsveçin NATO-ya üzvlüyünə inanıram”
Yens Stoltenberq

“İsveçin NATO-ya üzvlüyünə inanıram”.

“Report” xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən sammit çərçivəsində təşkil olunan ictimai forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, NATO-nun, Baltikyanı regionun, İsveçin təhlükəsizliyinə sərmayə qoyuluşu olacaq.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib.

Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.

İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvülüyünə razılıq verib.

Son xəbərlər

Orphus sistemi