ABŞ-ın Baş prokuroru: "2016-cı ilin prezident seçkisində Rusiya ilə heç bir sövdələşmə olmayıb"

ABŞ-ın Baş prokuroru: "2016-cı ilin prezident seçkisində Rusiya ilə heç bir sövdələşmə olmayıb" 2016-cı ildə keçirilmiş prezident seçkilərində Donald Tramp və yaxud başqa amerikalıların Rusiya ilə hər hansı sövdələşməsi olmayıb.
Digər ölkələr
18 aprel 2019 16:18
ABŞ-ın Baş prokuroru: 2016-cı ilin prezident seçkisində Rusiya ilə heç bir sövdələşmə olmayıb

"2016-cı ildə keçirilmiş prezident seçkilərində Donald Tramp və yaxud başqa amerikalıların Rusiya ilə hər hansı sövdələşməsi olmayıb".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Baş prokuroru Riçard Barr bildirib.

Rusiyanın seçkilərə müdaxilə səylərinin mahiyyətini açıqladığına görə xüsusi prokuror Robert Müllerə təşəkkür edən Baş prokuror seçkilər zamanı rusiyalı hakerlərin hərəkətlərinə, oğurlanmış sənədlərin daha sonra “DC Leaks”, “Lucifer”, “WikiLeaks” saytlarında yerləşdirilməsinə D.Trampın qərargahının heç bir aidiyyəti olmadığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi