Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır Yaralananların 59-u hazırda xəstəxanadadır
Digər ölkələr
19 Avqust , 2017 03:01
Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

Bakı. 19 avqust. REPORT.AZ/ Barselonanın mərkəzində baş vermiş terror aktında yaralananların 59-u hazırda xəstəxanadadır. Onlardan 15-nin vəziyyəti ağırdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kataloniya hökuməti məlumat yayıb.

"Barselonada törədilmiş terror aktından 24 saat sonra xəstəxanadakı 126 yaralının 67-si müalicə müəssisəsindən buraxılıb. 59 nəfər xəsətəxanada qalmaqdadır. Onlardan 15-i kritik vəziyyətdədir, 25-nin vəziyyəti ağırdır, 7-sinin vəziyyəti orta ağırdır. 12 nəfərin yarası o qədər də ağır deyil", - deyə xəbərdə bildirilir.  

Kataloniya hökumətinin açıqlamasında qeyd olunur ki, Kambrilsdə dörd nəfər xəstəxanadan evə buraxılıb, daha 4 nəfər tibb müəssisəsində müalicəsini davam etdirir. 

Son xəbərlər

Orphus sistemi