Barselonada terror aktında şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib

Barselonada terror aktında şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib Həmin şəxs terror aktında iştirak etməkdə şübhəli bilinir
Digər ölkələr
18 Avqust , 2017 23:14
Barselonada terror aktında şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib
Boston Herald

Bakı. 18 avqust. REPORT.AZ/ Barselonada terror aktında şübhəli bilinən 3 nəfər Kambrilsdə zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, həmin şəxslər terror aktında iştirak etməkdə şübhəli bilinirlər. Qeyd edək ki, Barselonada sürücü avtomobili kütlənin üzərinə sürüb. Nəticədə 119 nəfər xəsarət alıb, 15 nəfər ölüb. Yerli mətbuat həmçinin sürücünün də Kambrilsdə zərərsizləşdirildiyini xəbər verib.

Hadisə terror aktı kimi qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi