Barselonada musiqi festivalı zamanı səhnə yanıb, 22 min nəfər təxliyyə olunub

Barselonada musiqi festivalı zamanı səhnə yanıb, 22 min nəfər təxliyyə olunub Yanğın söndürülsə də, səhnə tamamilə kül olub
Digər ölkələr
30 İyul , 2017 03:26
Barselonada musiqi festivalı zamanı səhnə yanıb, 22 min nəfər təxliyyə olunub

Bakı. 30 iyul. REPORT.AZ/ Şənbə günü axşam Barselonada keçirilən "Tomorrowland Unite Spain" musiqi festivalı zamanı əsas səhnədə baş verən yanğın səbəbindən 22 min ziyarətçi təxliyyə olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə tədbirin rəsmi "Facebook" səhifəsində bildirilir.

Təşkilatçıların məlumatına görə, atəşfəşanlıq zamanı barıtın səhnəyə sıçraması nəticəsində bütün konstruksiya gözqırpımında yanıb.

Yanğın amerikalı di-cey Stiv Aokinin çıxışına bir dəqiqə qalmış baş verib.

Hadisə yerinə operativ olaraq yanğınsöndürənlər gəlib. Onlar yanğını söndürsələr də, səhnə tamamilə kül olub.

Təxliyyə sakit şəraitdə aparılıb. Xəsarət alanların olması barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi