​Barnaul zooparkında pələng 13 yaşlı məktəbliyə hücum edib

​Barnaul zooparkında pələng 13 yaşlı məktəbliyə hücum edib 13 yaşlı yeniyetmənin ayağının əzələsi dağılıb
Digər ölkələr
11 Aprel , 2016 06:47
​Barnaul zooparkında pələng 13 yaşlı məktəbliyə hücum edib

Bakı. 11 aprel. REPORT.AZ/ Barnaul heyvanat parkının pələngi 13 yaşlı qıza hücum edib. 

"Report"un məlumatına görə, bu barədə heyvanat parkının direktoru Sergey Pisarev "Ria Novosti"yə xəbər verib.

O, qeyd edib ki, məktəbli 14 yaşlı rəfiqəsiylə birlikdə zooparkın məhdudlaşdırıcı ərazisini keçib və yırtıcının saxlanıldığı qəfəsi döyəcləyərək, qışqıraraq pələngi qəzəbləndirməyə çalışıb.

Yırtıcı əvvəlcə dişlərini yeniyetmənin gödəkcəsinə ilişdirib, sonra isə onun ayağını dartmağa başlayıb. Amma hasarın barmaqlıqlarının dar olması səbəbindən bu, alınmayıb.

"Pələng uşağın ayağının əzələsini dağıdıb" - deyə Sergey Pisarev bildirib.

Son xəbərlər

Orphus sistemi