Yuxarı

Barselonada yaşayış binasında partlayış baş verib: 3 ölü, 15 yaralı

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil

Bakı. 18 sentyabr. REPORT.AZ/ İspaniyanın Barselona şəhərində yaşayış binasında partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" yerli mətbuata istinadən xəbər yayıb.

Məlumata görə, hadisə zamanı 3 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağırdır.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin ehtimala görə, hadisə qaz sızmasından baş verib. 

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Binanın sakinləri təxliyə edilib. 

Partlayış zamanı digər binalar da zərər çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi