​Barak Obama: "Rusiya nüvə silahsızlaşdırılmasının davam etdirilməsinə razılıq vermir"

​Barak Obama: "Rusiya nüvə silahsızlaşdırılmasının davam etdirilməsinə razılıq vermir" "ABŞ nüvə silahsızlaşdırılması prosesini davam etdirmək istərdi"
Digər ölkələr
2 Aprel , 2016 03:29
​Barak Obama: Rusiya nüvə silahsızlaşdırılmasının davam etdirilməsinə razılıq vermir

Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ nüvə silahsızlaşdırılması prosesini davam etdirmək istərdi, lakin Rusiya hələ ki, buna razılıq vermir.

"Report" xəbər verir ki, ABŞ prezidenti bu bəyanatla cümə günü nüvə təhlükəsizliyi sammitinin yekunu üzrə keçirilən mətbuat konfransında çıxış edib.

O, irəliləyişə nail olmaq üçün imkanların qalması faktını "yaxşı xəbər" adlandırıb.

ABŞ prezidenti hesab edir ki, hazırkı mərhələdə Şimali Koreya və onun kütləvi qırğın silahlarının yaradılması və çatdırılması vasitələri proqramı nüvə təhlükəsizliyi sahəsində ən aktual qlobal problemdir.

Son xəbərlər

Orphus sistemi