Bakı. 30 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Kuba prezidenti Raul Kastro Nyu-Yorkda
Görüş dostluq şəraitində keçib, liderlər bir-birinə əl verib görüşüb, qısaboylu Raul Kastro ABŞ prezidentinin boyunun hündür olmasını qeyd edib. Prezident Obamanın boyu 183 sm.-dir.
Ağ Ev bildirib ki, liderlər iki ölkə arasında diplomatik münasibətlərin inkişafını və ikitərəfli münasibətlərin inkişafının intensivləşdirilməsi üçün hər iki ölkənin atacağı addımları müzakirə ediblər.
ABŞ və Kubanın hər iki ölkənin paytaxtında səfirliklər açmasına baxmayaraq, kommersiya əlaqələri hələ tam bərpa olmayıb. Görüş zamanı Obama ABŞ qannverciliyində daha çox amerikalının Kubaya səfər edə bilməsi və Kuba ilə biznes əlaqələri yaratması ilə yanaşı, Kuba xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan verəcək dəyişiklikləri vurğulayıb.
Prezident Obama həmçinin Vaşinqtonun iki ölkənin xalqları arasında əlaqələrin yaxşılaşdırılması planları ilə bağlı atacağı addımları müzakirə edib və ABŞ-ın Kubada insan hüquqlarına dəstəyini bir daha ifadə edib.
Bu, liderlərin ikinci görüşüdür. İlk görüş apel ayında Panamada Amerika qitəsi ölkələrinin sammitində baş tutmuşdu.