Ağ Ev: "Barak Obama ilə Hillari Klinton arasındaki yazışmalar açıqlanmayacaq"

Ağ Ev: "Barak Obama ilə Hillari Klinton arasındaki yazışmalar açıqlanmayacaq" Ağ Ev Hillari Klinton və Obama arasında email yazışmalarının açıqlanmasına icazə verilməyəcəyini bildirib
Digər ölkələr
31 Oktyabr , 2015 20:22
Ağ Ev: Barak Obama ilə Hillari Klinton arasındaki yazışmalar açıqlanmayacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ağ Ev rəsmiləri prezident Barak Obama və keçmiş Dövlət katibi Hillari Klinton arasında email yazışmalarının ictimiayyət üçün açıqlanmasına icazə verilməyəcəyini bildiriblər.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, adının açıqlanmadığı Ağ Ev rəsmisi deyib ki, email yazışmalarının yayılması prezidentin vəzifədə olduğu müddətdə onun yazışmalarının məxfiliyinə dair uzun müddətdir mövcud ənənənin pozulması demək olacaq.

"Bu, əvvəllər Ağ Evdə ciddi şəkildə müdafiə edilən bir prinsipdir, belə ki, prezidentin vəzifədə olduğu müddətdə məsləhət və tövsiyələr ala bilməsini təmin edir və icraedici hakimiyyətin müstəqil funksiya göstərməsinin əsasını təşkil edir"-deyə ABŞ rəsmisi bildirib.

Ağ Ev prezident Obamanın 2017-ci ildə vəzifəsindən gedəcəyi müddətə qədər emal yazışmalarını məxfi saxlanılacağını bildirib. Prezident Barak Obama və keçmiş dövlət katibi Hillari Klinton arasında email yazışmalarının dəqiq sayı bilinmir.

Dövlət Departamenti Hillari Klintonun dövlət katibi olduğu müddətdə göndərdiyi və aldığı 55 mindən çox emaili ictimaiyyət üçün açıqlayıb. Bu emaillərin bəzisi məxfi kimi klassifikasiya olunub və saxlanıb.

Hillari Klinton 2016-cı il ABŞ prezident seçkilərində Demokrat partiyasından namizədlər arasında irəlidə gedir. O, ABŞ dövlət katibi olduğu müddətdə özəl və rəsmi yazışmalarında şəxsi email hesabından istifadə edib.

Hillari Klinton qərarını müdafiə edərək, bir serverdən istifadə etməyin daha münasib olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi